Hikmət Mirzəyev Türkiyəyə səfər etdi FOTOLAR

24.01.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.

Görüşdə qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə tərəfdaşlığının regional təhlükəsizliyə verdiyi töhfələrdən və bunun mümkün inkişaf perspektivlərindən danışılıb.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью