Hikmət Mirzəyevin müavini təyin olunan İlqar Lətifov KİMDİR? DOSYE

23.01.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

Azərbaycan Ordusunun Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyevə yeni müavin təyin olunub. Bu vəzifəyə general-mayor İlqar Lətifov təyinat alıb.

Bizim.Media xəbər verir ki, İlqar Lətifov Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub.

O, Vətən Müharibəsi iştirakçısıdır. General-mayor müharibədə göstərdiyi xidmətlərə görə 2021-ci ilin iyununda “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

İlqar Lətifov 2020-ci ildən etibarən Azərbaycan Ordusunda 4-cü ordu korpusunun komandanı vəzifəsini icra edib.

Bu təyinata qədər isə o, Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin rəisi olub.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью