Hikmət Mirzəyevin müavini təyin olunan İlqar Lətifov KİMDİR? DOSYE

23.01.2025

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Ordusunun Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyevə yeni müavin təyin olunub. Bu vəzifəyə general-mayor İlqar Lətifov təyinat alıb.
Turkustan.az xəbər verir ki, İlqar Lətifov Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub.
O, Vətən Müharibəsi iştirakçısıdır. General-mayor müharibədə göstərdiyi xidmətlərə görə 2021-ci ilin iyununda “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

İlqar Lətifov 2020-ci ildən etibarən Azərbaycan Ordusunda 4-cü ordu korpusunun komandanı vəzifəsini icra edib.
Bu təyinata qədər isə o, Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin rəisi olub./Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью