Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Bu gün Azərbaycanın FIFA referisi Hikmət Qafarlı Avropa çempionatının final mərhələsi çərçivəsində keçiriləcək oyuna təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Ədalət təmsilçimiz A qrupunda keçiriləcək Gürcüstan - Fransa görüşündə üçüncü hakim funksiyasını yerinə yetirəcək.
Görüş saat 19:00-da Kaunasdakı 17 500 azarkeş tutumu olan "Jalgiris Arena"da keçiriləcək.
Qarşılaşmanın baş hakimi Sloveniyadan olan Aleş Moçnik Periç olacaq. Ona həmvətəni Dejan Veseliç kömək edəcək.