Hikmət Rəhimovun Əqrəb mövsümü ndən getməsindən danışdı

14.08.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Aktyor Azər Aydəmir “Əqrəb mövsümü” serialının ilk mövsümündən sonra aktyor Hikmət Rəhimovun layihədən uzaqlaşmasından danışıb: 

Axşam.az xəbər verir ki, aktyor bu barədə “Astar” layihəsində danışıb. Aydəmir aktyorla prodüser arasında anlaşılmazlıq yarandığını bildirib:

“İlk mövsümdən sonra Hikmət prodüserlərlə yollarını ayırdı. Problemləri səsləndirmək istəmirəm. Çünki Hikmət özü bunu səsləndirmir. İnsanın tələbləri olur. Bu tələblər tam halda qarşılana bilmədi. Bunun da müəyyən səbəbləri var idi. Nəticədə Hikmət öz, prodüserlər öz sözündə qaldı”.

Azər Aydəmir Hikmət Rəhimovla münasibətlərinin yaxşı olduğunu və yaxın zamanda bir filmdə də tərəf müqabili olduqlarını vurğulayıb:

“Hikmətlə münasibətlərim çox gözəldir. Bu yaxınlarda bir filmdə də tərəf müqabili olduq. Bundan sonra da tamaşaçılar bizi bir yerdə çox görəcək”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью