Hikmət Səmədov idman təşkilatlarının məşqçimüəllimləri ilə görüşdü | Icma.az
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Hikmət Səmədov dekabrın 24-də start götürəcək yeniyetmə və gənclər arasında ölkə birincilikləri və böyüklər arasında Azərbaycan çempionatı öncəsi paytaxt və bölgələri təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarının məşqçi-müəllimləri ilə görüşüb.
Futbolpress.az xəbər verir ki, Tədbirdə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev və federasiyanın baş katibi Rüstəm Bağırlı da iştirak ediblər.
Görüşdə 2024-cü il ərzində taekvondo sahəsində əldə olunan uğurlardan danışılıb, ölkə çempionatı və birinciliklərinə hazırlıq prosesi müzakirə edilib.
Hikmət Səmədov taekvondonun Azərbaycanda daha da inkişafı üçün məşqçilərin bilik və bacarıqlarının daim təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Məşqçi-müəllimlər öz növbəsində, müxtəlif bölgələrdəki idmançıların hazırlığı ilə bağlı təkliflərini bildiriblər.
Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan idmançılarından 4 medal 10 Noyabr 2024, 13:25 Əsas xəbərlər, Ümumi idman Paris-2024: Qaşım Maqomedov “gümüş”lə kifayətləndi 8 Avqust 2024, 0:08 Əsas xəbərlər, Ümumi idman Paris-2024: Azərbaycan idmançısı FİNALDA!
7 Avqust 2024, 19:27 Əsas xəbərlər, Ümumi idman Paris-2024: Qaşım Maqomedov yarımfinala yüksəldi 7 Avqust 2024, 18:15 Əsas xəbərlər, Ümumi idman Azərbaycan taekvondoçularından 6 medal 29 İyun 2024, 1:15 Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu