Icma.az, Fanat portalına istinadən məlumat yayır.
"Latsio"nun mərkəz müdafiəçisi Mario Hil iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Məlumata görə, 25 yaşlı futbolçunun ixmətində "Milan" maraqlıdır. Mənbə "qırmızı-qaralar"ın bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb. Marionun Milan təmsilçisinə cari mövsümün sonunda qoşulacağının gözlənildiyi bildirilib.
Hil "Latsio"ya 2022-ci ildə, 6 milyon avro qarşılığında "Real Madrid"dən transfer olunub. Yerli mətbuat Roma təmsilçisinin onun satışından qazanacağı məbləğin 50 faizini "Real"a ödəyəcəyini diqqətə çatdırıb.
Nihat