Hillaridən ŞOK İDDİA: Putinin əlində Trampa aid görüntülər var

22.10.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton jurnalist Kara Svişerlə birgə aparıcılıq etdiyi “High Stakes” podkastında cari siyasi prosesləri qiymətləndirib.

Turkustan.az xəbər verir ki, Vaşinqton və Moskva arasındakı potensial sövdələşmələrə, həmçinin ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasındakı münasibətlərə toxunan Klinton bildirib:

“Mən hələ də inanıram ki, Putinin Trampla bağlı əlində bəzi kompromatları var. Onun fotolar, videolar və ya başqa nəyəsə sahib olduğuna inanmaqda davam edirəm. Trampın Epşteyn sənədlərinin açıqlanmasına qarşı necə sərt mübarizə apardığına diqqət yetirin. Düşünürəm ki, həmin sənədlər tam şəkildə dərc olunanda, hətta Trampın tərəfdarları belə orada yer alan məlumatlardan şoka düşəcəklər.”

Klinton əlavə edib ki, Trampın Putinin mütləq hakimiyyətinə olan heyranlığı hələ on il əvvəl aydın görünürdü:

“O, Rusiya ilə biznes qurmağa çalışırdı. Əksini iddia etməsinə baxmayaraq, sonradan öyrəndik ki, Tramp 2016-cı il seçki kampaniyası boyunca Moskvada 'Trump Tower' tikmək üçün danışıqları davam etdirib. Hətta Putindən mənim elektron poçt hesabıma kiberhücum etməsini də xahiş etmişdi. Kəşfiyyat xidmətlərimizin məlumatlarında Rusiyanın Trampın qələbəsinə necə kömək etdiyi açıq görünürdü. Yəni bu siyahı həqiqətən də çox uzundur".

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью