Hilton hotelinin yaxınlığında insident baş verib

20.04.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Bu gün səhər saatlarında Almaniyanın paytaxtı Berlində yerləşən "Hilton" hotelinin yaxınlığında silahlı insident qeydə alınıb.

BAKU.WS xəbər verir ki, "Bild" nəşrinin məlumatına görə, atışma yerli vaxtla saat 04:45 radələrində Mohrenştrass və Şarlottenştrass küçələrinin kəsişməsində baş verib.

Hadisə nəticəsində azı bir nəfərin xəsarət aldığı bildirilib. Polis ilkin olaraq insidentin şəxsi mübahisə zəminində baş verdiyini ehtimal edir. Hazırda iki şübhəli şəxs axtarılır, atışma baş verən ərazi isə təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью