Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kəşmirdə güclü yağışlardan sonra daşqınlar başlayıb. Pis hava şəraiti artıq 56 nəfərin ölümünə səbəb olub, onlarla insan itkin düşüb.
Reyting.az xəbər verir ki, səlahiyyətlilər ölənlərin sayının kəskin arta biləcəyindən ehtiyat edirlər.
Xilasedicilər ən azı 300 nəfərin təhlükəsiz əraziyə çatdırıldığını bildirir.
Ən azı 80 nəfər itkin düşüb, onların çoxunun su altında qaldığı güman edilir.
Gecə üçün xilasetmə işləri dayandırılıb. Sinoptiklər ərazidə daha güclü yağış və daşqın olacağını proqnozlaşdırırlar.
V. QULİYEV