Himnimizin sözlərini Əhməd Cavad yazmayıb 33 ildir haqqı yeyilən əsl müəllif kimdir? | Icm…
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kulis.az Asif Rüstəmlinin "Cəmo bəy Cəbrayılbəyli: Həyatı və bədii yaradıcılığı" kitabı haqqında filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadənin yazısını təqdim edir.
Bu yazıda məqsədim kitabı təhlil etmək yox, əsərdəki iki məqama diqqəti yönəltməkdir.
Birincisi budur ki, Azərbaycan toplumu bir zamanlar xalqımızın ən irəlidə gedən müəllimlərindən, aydınlarından biri kimi tanınmış və cəmiyyətdə böyük hörmət qazanmış pedaqoji elmlər namizədi, dosent Cəmo bəy Adil oğlu Cəbrayılbəylini (29.01.1887, Şamaxı-30.07.1965, Çuxuryurd) demək olar ki, tanımamaqdadır, halbuki kitabdan götürdüyümüz faktları ən qısa şəkildə sadalasaq, o, çar dönəmində rus-türk məktəbinin müdiri, Cümhuriyyət dönəmində Bakı 1-ci edadi (real) məktəbinin müəllimi, sovet dönəmində Xalq Maarif Komissarlığı xətti ilə ilk dərsliklərimizin yaradılmasına başçılıq edənlərdən biri, Bakı Pedaqoji Texnikumunun direktor müavini, Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun direktoru (1946-1950), 1919-1949-cu illərdə onlarca dərsliyin müəllifi olub.
Fikrimizcə, Elm və Təhsil Nazirliyi bu görkəmli maarif xadimimizin tanıdılması üçün işlər görməlidir.
Professor A.Rüstəmli C.Cəbrayılbəylinin dəyərli bədii yaradıcılığını da incəliklə araşdırıb.
Kitabda diqqəti cəlb edən ikinci ciddi məqam isə bugünkü Azərbaycan Dövlət Himninin mətnini Cəmo bəy Cəbrayılbəylinin yazması haqqında Asif bəyin verdiyi qəti hökmdür.
Bu başdan bildirim ki, mən heç zaman himnin mətninin Cəmo bəy Cəbrayılbəyliyə, Əhməd Cavada, Cəmo bəy Hacınskiyə, yaxud bir başqasına mənsubluğu haqqında mübahisələrə qoşulmamışam, çünki əlimdə bu fikirlərdən hər hansı birini təsdiqləyəcək sənədlər olmayıb.
Tam oxu
Xəbəri oxu