Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Qubada hindistanlı bəylə azərbaycanlı gəlinin təmtəraqlı toyu keçirilib
Axşam.az xəbər verir ki, hindistanlı Saad adlı bəy azərbaycanlı Ağgül adlı xanımla ailə həyatı qurub. Cütlüyün Qubada keçirilən toy mərasimi 7 gün davam edib. Tədbirin kulminasiya nöqtəsi isə ötən gün baş tutan nikah mərasimi olub.
Toy üçün Qubanın məşhur hotellərindən biri tamamilə bağlanıb. Məclisdə həm Azərbaycan, həm də Hindistan toy adət-ənənələri nümayiş etdirilib.
Dəbdəbəsi ilə diqqət çəkən toyun görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.