Hind okeanında ABŞ esminesi vuruldu

04.03.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran Hind okeanında ABŞ esminesini raketlərlə vurub.

“Qafqazinfo” xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusu açıqlayıb.

Məlumata görə, ABŞ esminesi Hind okeanında İran sahillərindən təxminən 650 kilometr uzaqlıqda, ABŞ tankerindən yanacaq doldurarkən hədəfə alınıb.

Qeyd edilib ki, esmines “Kadr 380” və “Telaiye” raketləri ilə vurulub, hər iki gəminin göyərtəsində böyük yanğınlar yaranıb və səmanı qara tüstü buludu bürüyüb.

ABŞ hələlik hadisə ilə bağlı rəsmi şərh verməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью