Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hind okeanında, Hindistana məxsus Nikobar adaları yaxınlığında 6.5 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri İndoneziyanın 250 min nəfərə yaxın əhalisi olan Banda-Açeh şəhərindən 282 km şimal-qərbdə yerləşib.
Zəlzələnin ocağı Yerin 10 km dərinliyində olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.