Hindistan 24 saata Pakistana müdaxilə edəcək Nazir

30.04.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Hindistan növbəti sutka ərzində Pakistana hərbi müdaxiləyə başlaya bilər.

Axar.az xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaulla Tarara X səhifəsində yazıb.

O, etibarlı kəşfiyyat məlumatlarına əsasən belə bir informasiyanı paylaşdığını bildirib:

“Hindistanın yaxın 24-36 saat ərzində Pakistana qarşı hərbi əməliyyat keçirmək niyyətində olduğuna dair etibarlı kəşfiyyat məlumatlarına malikik".

Qeyd edək ki, artıq Cammu bölgəsində tərəflər arasında atışmalar başlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью