Hindistan ABŞ dən gizlənən İran gəmisinə sığınacaq verdi

07.03.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hindistan İranın IRIS Lavan hərbi gəmisinin öz limanında lövbər salmasına icazə verib.

Gununsesi.info Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə Hindistan rəsmiləri məlumat yayıb.

Məlumata görə, İran fevralın 28-də Hindistandan gəminin təcili qəbul edilməsini xahiş edib və bu tələb martın 1-də təsdiqlənib. Gəmi martın 4-dən etibarən Koçin limanında yerləşir.

Bloomberg mənbəsinin sözlərinə görə, gəminin 183 nəfərlik heyət üzvü yerli hərbi bazalarda yerləşdirilib. Hindistan Xarici İşlər Nazirliyi isə gəminin limana buraxılmasını humanitar addım kimi qiymətləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью