Hindistan Baş naziri 5 ildən sonra ilk dəfə Çinə səfər edəcək

06.08.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Hindistanın Baş naziri Narendra Modi avqustun 31-də Çinə rəsmi səfər edəcək.

APA Hindistan mediasına istinadən xəbər verir ki, Modi Şanxay Əməkdaşlıq Təşkilatının konfransında iştirak edəcək.

Qeyd edək ki, 2020-ci ildə Çin və Hindistan arasında sərhədboyu ərazilərdə baş verən toqquşmalardan sonra, bu, Hindistan Baş nazirinin Çinə ilk səfəri olacaq.

Narendra Modi və ÇXR sədri Si Cinpin sonuncu dəfə 2024-cü ildə Rusiyanın Kazan şəhərində keçirilən BRİCS sammitində görüşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью