Hindistan Ermənistana “Pinaka” silah sistemlərinin tədarükünə BAŞLADI VİDEO

25.11.2024

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hindistan Ermənistana “Pinaka” silah sistemlərinin tədarükünə başlayıb. 
Bizim.Media xarici mətbuata istinadən xəbər verib ki, Hindistanın müdafiə mənbələri “Pinaka” reaktiv yaylım atəş sistemlərinin ilk partiyasının Ermənistana göndərildiyini açıqlayıb. 
 

Onların tədarükü ilə bağlı iki ölkə arasında təxminən 2 il əvvəl uzun danışıqlardan sonra müqavilə imzalanıb. 


Hindistan eyni vaxtda Ermənistana “Akaş” Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin tədarükünə başlayıb. 
Qeyd edək ki, hazırda Ermənistan Hindistan silah və hərbi texnikasının ən böyük istehlakçısından biridir. 

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью