Hindistan Ermənistana Pinaka silah sistemlərinin tədarükünə başlayıb

25.11.2024

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Hindistanın müdafiə mənbələri "Pinaka" reaktiv yaylım atəş sistemlərinin ilk partiyasının Ermənistana göndərildiyini açıqlayıb. Hindistan eyni vaxtda Ermənistana "Akaş" Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin də tədarükünə başlayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

Məlumata görə, "Pinaka" sistemlərinin tədarükü ilə bağlı müqavilə iki il öncə Hindistan və Ermənistan şirkətləri arasında uzun danışıqlardan sonra imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью