525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hindistan hərbi dəniz donanması üçün Fransadan 26 "Rafael" qırıcısı alacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iki dövlət arasında bu gün razılaşma imzalanıb.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, qırıcılar donanmanın gücünü əhəmiyyətli dərəcədə artıracaq. Nazirlik hazırda balansda Rusiya istehsalı olan "MiQ-29K"ları tədricən "Rafael"lə əvəzləməyi planlaşdırır.
Qeyd edək ki, ekspertlərin hesablamalarına görə alınacaq "Rafael"lər və onlara aid ehtiyat hissələri 7,4 milyard dollar dəyərindədir.
L.Tağıyeva