Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan ölkənin Tətbiqi Siyasət Tədqiqat İnstitutunda keçirilən forumda çıxışı əsnasında dilə gətirib. O diqqətə çatdırıb ki, bu təklifi Hindistan parlamentinin yuxarı palatasının sədri Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə müzakirədə irəli sürüb.
"Düzünü desəm, belə bir təklifi gözləmirdim. Bu sayda tələbənin qəbulundan ötrü infrastrukturumuz yoxdur. Hindistanla əməkdaşlıq aparmaq məqsədilə lazımi şərait yaratmalıyıq", - o deyib.
Vitse-spikerin sözlərinə görə, Ermənistanda təhsil potensialının artırılması üçün "Akademik Şəhərin" yaradılması mühüm addımdır.
"Hindistanlı tələbələr məhz ölkəmizdə təhsil almağa həvəs göstərirlər. Hazırda Ermənistanda 3 minə yaxın hindistanlı tələbə var. Müvafiq imkanlar yaradılarsa, bu sayın 30, hətta 60 minədək artırılması mümkündür. "Akademik Şəhər" layihəsi həyata keçiriləndə bu imkanlar üzə çıxacaq", - Arşakyan vurğulayıb.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. "Düzünü desəm, belə bir təklifi gözləmirdim. Bu sayda tələbənin qəbulundan ötrü infrastrukturumuz yoxdur. Hindistanla əməkdaşlıq aparmaq məqsədilə lazımi şərait yaratmalıyıq", - o deyib.