Hindistan Kabildə yenidən səfirlik açacaq

10.10.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 oktyabr, AZƏRTAC

Hindistan hökuməti Taliban hərəkatının Əfqanıstanda nəzarəti ələ keçirməsindən dörd il sonra Kabildə yenidən səfirlik açmağı planlaşdırır.

AZƏRTAC “The Times of India” nəşrinə istinadla xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar əfqanıstanlı həmkarı Əmir Xan Müttəki ilə görüşündə bildirib. O qeyd edib ki, Yeni Dehli Əfqanıstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Hindistanlı nazirin sözlərinə görə, iki ölkə arasında daha sıx əməkdaşlıq həm Əfqanıstanın inkişafına, həm də regional sabitliyə töhfə verəcək.

Xatırladaq ki, may ayında Pakistan Əfqanıstanla münasibətlərin səviyyəsini yüksəltmək və Kabilə səfir təyin etmək qərarına gəlib. Çin, BƏƏ və Özbəkistan isə artıq Kabildə səfirlərini təyin ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью