Hindistan Kəşmir məsələsində beynəlxalq vasitəçiliyi rədd edib

12.05.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Kəşmir mübahisəsi Hindistan və Pakistan arasında ikitərəfli məsələdir, Yeni Dehli bu məsələdə hər hansı xarici vasitəçiliyi rədd edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Hindistanın Sinqapurdakı ali komissarı Şilpak Ambule "Bloomberg"-ə müsahibəsində deyib.

"Bizim üçün Kəşmir beynəlxalq məsələ deyil, ikitərəfli məsələdir. Bizim üçün "vasitəçilik" sözü Kəşmir məsələsində işləmir", - o deyib.

Ambule həmçinin qeyd edib ki, atəşkəs Hindistan və Pakistan orduları arasında birbaşa danışıqlar nəticəsində əldə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью