Icma.az, News24 portalına istinadən məlumat verir.
Papa Fransiskin vəfatı ilə əlaqədar Hindistanın Madhya Pradesh ştatında iki günlük dövlət matəmi elan olunub.
News24.az xəbər verir ki, qərar Baş nazir Moxan Yadav rəhbərliyində qəbul olunub.
22 və 23 aprel 2025 tarixlərini əhatə edən matəm günlərində bütün dövlət binalarında milli bayraq yarıya qədər endiriləcək.
Qeyd edək ki, bütün rəsmi əyləncə və tədbirlər təxirə salınıb. Papa Fransiskə olan ehtiram bu qərarla bir daha ifadə olunub.
Günel Məlikzadə