Hindistan Modinin paylaşımının silinməsinə görə Zukerberqdən üzr tələb edib

05.08.2026

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hindistan parlamentinin Rabitə və İnformasiya Texnologiyaları Komitəsi “Meta” şirkətinin baş direktoru Mark Zukerberqə üç günlük ultimatum verib. Komitə Baş nazir Narendra Modinin “Facebook”dakı paylaşımının müvəqqəti silinməsinə görə ondan üzr istəməsini tələb edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “News18” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Zukerberq həm üzr istəməli, həm də iyulun 23-də Modi ilə bağlı yayımlanan videonun müvəqqəti silinməsinə görə məsul şəxslər barəsində tədbir görməlidir. Əks halda şirkət hüquqi müdafiə təmin edən “Safe Harbour” statusunu itirə bilər.

Hakim partiyanın deputatı Nişikant Dubeyin rəhbərlik etdiyi parlament komitəsi Hindistan hökumət başçısının videosunun müvəqqəti silinməsini “demokratiyaya qəsd” adlandırıb. Onun sözlərinə görə, həmin paylaşım təkcə baş nazirin mövqeyini deyil, 1,4 milyard hindistanlının səsini əks etdirirdi.

“Əgər “Facebook” bu hadisəyə görə məsul şəxslər barəsində tədbir görməsə, şirkət “Safe Harbour” müddəası çərçivəsində qorunmadan məhrum olacaq. Mark Zukerberq üzr istəməli olacaq. Əks halda iş qaldırıla bilər”, - deyə Dubeyin sözlərini mənbələr sitat gətirib.

Qalmaqal Modinin imtahan suallarının sızmasının qarşısının alınması tədbirlərinə həsr olunmuş videosunun “Facebook”dan müvəqqəti silinməsi ilə başlayıb. “Meta” nümayəndələri daha əvvəl bildiriblər ki, məzmun texniki səhvə görə silinib və problem aşkar edildikdən sonra bərpa olunub.

İyulun 23-də yayımlanan video iyulun 28-də səhər saatlarında qısa müddət ərzində “Facebook”da əlçatan olmayıb, daha sonra isə yenidən bərpa edilib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью