Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Hindistan sel fəlakətindən zərər çəkən Nepala 1,62 milyard dollarlıq iqtisadi yardım paketi təqdim edəcəyini açıqlayıb.
XQ xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Qərar Hindistanın Baş naziri Narendra Modi ilə Nepalın Baş naziri Balendra Şah arasında Yeni Dehlidə keçirilən görüşdən sonra elan edilib. Vəsaitin Nepalın yenidən qurulmasına və uzunmüddətli inkişafına yönəldilməsi nəzərdə tutulur.