Hindistan ordusuna məxsus avtomobil dərəyə aşıb: Çox sayda ölən və yaralanan var

22.01.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Hindistanın nəzarətindəki Cammu və Kəşmir bölgəsində ölkə ordusuna məxsus hərbi avtomobil 120 metr dərinlikli dərəyə aşıb.

Bakupost.az xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.

Hadisə nəticəsində maşında 21 əsgərdən 10-u ölüb, 11-i yaralanıb. Yaralılar helikopterlə təxliyə edilib və xəstəxanaya çatdırılıblar.

Ordu nümayəndəsinin sözlərinə görə, avtomobilin sürücüsü Bhadervah-Çamba ştatlararası magistral yolunda Hanni Top aşırımı yaxınlığında idarəetməni itirib, nəticədə dəhşətli qəza baş verib.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью