Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Hindistan özəl kosmik sənayesində tarixi uğura imza atıb.
“Qafqazinfo” xəbər verir ki, “Skyroot Aerospace” şirkətinin hazırladığı “Vikram-1” raketi ilk sınaq uçuşunda uğurla orbitə çıxıb. Bununla da “Vikram-1” Hindistanın özəl sektor tərəfindən hazırlanaraq orbitə çatdırılan ilk raketi olub.
Uçuş ölkənin Andhra Pradeş ştatındakı Şriharikota kosmodromundan həyata keçirilib. Təxminən 22 metr uzunluğunda olan raket aşağı Yer orbitinə altı faydalı yük, o cümlədən peyklər və orbital sınaq avadanlıqları çatdırıb. Missiyanın bütün əsas mərhələlərinin uğurla başa çatdığı bildirilib.
Bu uğur Hindistanın kosmik sənayesində özəl şirkətlərin rolunun artdığını göstərən mühüm mərhələ kimi qiymətləndirilir.
Baş nazir Narendra Modi də Skyroot Aerospace komandasını tarixi nailiyyət münasibətilə təbrik edib.