Hindistan Pakistan gərginliyi alovlanır: Terror aktından sonra qərar alındı

24.04.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cammu və Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin həlak olduğu terror aktından sonra rəsmi Dehli Pakistan səfirliyinin müdafiə, hərbi dəniz və hərbi hava qüvvələri üzrə məsləhətçilərini "persona non-qrata" (arzuolunmaz şəxs) elan edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan xarici işlər nazirinin birinci müavini Vikram Misri brifinq zamanı açıqlama verib.

Hindistan, həmçinin İslamabaddakı səfirliyinin işçilərinin sayını demək olar ki, yarıya qədər azaltmaq qərarına gəlib.

V.Misrinin sözlərinə görə, ölkəsi Pakistanla sərhəddəki əsas "Atari" keçid məntəqəsini də bağlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью