Hindistan Pakistan GƏRGİNLİYİ… “Dünya fəlakət astanasındadır”

07.05.2025

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hindistan Pakistanın azı üç ərazisinə raket zərbələri endirib. Hindlilər deyir ki, zərbə endirdikləri obyeklər Pakistan ordusuna aid deyil, terrorçularla bağlıdır. İtki və dağıntılarla bağlı hələ aydın məlumat yoxdur.

Pakistan isə Hindistana aid hərbi uçaq və dronları vurduğunu deyir. Raket zərbələrinə isə cavab veriləcəyini vəd edirlər.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan iqtisadçı Zöhrab İsmayıl bildirib ki, iki həftə öncə Kəşmirdəki 25 nəfərin həyatını itirdəməsinə səbəb olan terrordan sonra iki ölkənin arasında gərginlik artıb:

“Sərhədlər bağlanıb, ticarət dayanıb. Trump Hindistanın hücümunu biabırçılıq adlandırıb. Amma iki həftədir ABŞ gərginliyi azaltmaq üçün heç bir addım atmadı.

Trump deyirdi guya ondan əvvəl dünyanı müharibə bürümüşdü. Amma faktiki olaraq əvvəlki administrasiya Qəzzada atəşkəs və girovların dəyişdirilməsinə nail olmuşdu. Amma indi İsrail Qəzzada müharibəni yeniləyib. İndi də Hindistan və Pakistan.

Dünya əhalisinin azı 4 milyardının konsentrasiya olduğu o coğrafiyada müharibə qızışsa, bu dünya üçün böyük bir iqtisadi və humanitar fəlakətə səbəb olar”.

Nigar İxtiyarqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью