Hindistan Pakistan sərhədində gərginlik: 7 terrorçu zərərsizləşdirildi

09.05.2025

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Hindistan ordusu Cammu və Kəşmirin Samba rayonunda beynəlxalq sərhəddə böyük infiltrasiya cəhdinin qarşısını aldıqlarını bildirib.

TASS-ın yaydığı məlumata görə, hadisə zamanı azı 7 terrorçu məhv edilib, Pakistanın Dhandhardakı forpostuna ciddi ziyan dəyib.

Bundan əvvəl Hindistan ordusu Pakistan pilotsuz uçuş aparatlarının hücumunu dəf etdiklərini açıqlamışdı.

CNN isə tərəflər arasında tarixdə ən böyük hava döyüşlərindən birinin baş verdiyini qeyd edib.

Zeynəb Abbasova

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью