Hindistan Pakistana qarşı həyata keçirilən əməliyyat barədə xarici ölkələrə məlumat verəcək

16.05.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistan hökuməti Pakistana qarşı həyata keçirilən "Sindur" adlı hərbi əməliyyat barədə məlumat yaymaq məqsədilə bütün parlament partiyalarının nümayəndələrindən ibarət nümayəndə heyətlərini xaricə göndərməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Indian Express" qəzetinin verdiyi məlumatda qeyd edilib.

Qəzetin verdiyi məlumata görə, Hindistanın xüsusi təyin olunmuş nümayəndələri, xaricdə Hindistan Respublikasının bütün siyasi qüvvələrinin terrorizm təhdidinə qarşı birliyini nümayiş etdirməli və İslamabad tərəfindən maliyyələşdirilən "Ləşkər-e-Tayba" qrupunun Pahalgamda həyata keçirdiyi hücumun yaratdığı ziyan barədə obyektiv məlumat təqdim etməlidirlər. Həmçinin, həmin hücuma cavab olaraq Pakistana qarşı həyata keçirilən "Sindur" əməliyyatından da məlumat verməlidirlər.

Qəzetin mənbələrinə görə, Hindistan yaxın günlərdə bu parlament nümayəndə heyətlərini ilk növbədə Avropa və Yaxın Şərq ölkələrinə göndərməyə planlaşdırır. Hindistan hökuməti, müxalifət nümayəndələrini də bu missiyalarda iştirak etməyə dəvət edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью