Hindistan Pakistanla sərhədi bağladı Səbəb

23.04.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistan Pakistanla sərhəddəki "Atari" keçid məntəqəsini bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə Hindistan xarici işlər nazirinin birinci müavini Vikram Misri məlumat verib.

O, Cammu və Kəşmir ərazisindəki terror aktına görə belə bir addım atıldığını bildirib.

Bundan əlavə, Hindistan Pakistandakı diplomatlarının sayını da iki dəfəyə yaxın azaltmaq qərarı verib.

Qeyd edək ki, Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində bir qrup silahlı şəxs turistlərə atəş açıb. Hücum nəticəsində 25 nəfər ölüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью