Hindistan Parlamentində gərginlik

29.11.2024

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Müxalifət deputatlarının çıxışlarına görə iclasda fasilə elan olunub

Hindistan Parlamentinin Xalq (aşağı) Palatasının iclası milyarder Qautam Adaninin bir qrup şirkətlərinə qarşı ABŞ-da irəli sürülən ittihamların və gündəliyə daxil edilməyən digər məsələlərin müzakirəsini tələb edən müxalifət deputatlarının çıxışlarından sonra dayandırılıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Parlamentarilərin tənqidi çıxışları qanunverici orqanın normal fəaliyyətini pozub.  Xalq Palatasının spikeri Om Birla müxalifət deputatlarını sakit olmağa çağırıb, amma deputatlar buna məhəl qoymayıblar. Bundan sonra iclas yarımçıq dayanıb və fasilə elan olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью