Hindistan polisi Modinin təyyarəsində terror təhlükəsi ilə bağlı araşdırmaya başlayıb

12.02.2025

Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistan polisi Baş nazir Narendra Modinin təyyarəsinə hücum təhdidinin yayılmasından sonra araşdırmalara başlayıb.

Bu barədə Hindustan Times yazır.

“Fevralın 11-də Mumbay polisinin nəzarət otağına baş nazir Modinin xaricə rəsmi səfərə gedərkən təyyarəsinə terrorçuların hücum edə biləcəyi barədə xəbərdarlıq daxil olub”, polisin açıqlamasında deyilir.

Qeyd olunur ki, idarə dərhal təhlükəsizlik xidmətlərinə məlumat verib və araşdırmaya başlayıb.

Fevralın 10-da Hindistanın baş naziri Fransaya səfərə gəlib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью