Hindistan prezidentindən dəhşətli qəzaya İLK REAKSİYA

12.06.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Əhmədabadda baş verən dəhşətli təyyarə qəzası ilə bağlı Hindistan Prezidenti Draupadi Murmu “X” sosial şəbəkəsində paylaşım edib.

Globalinfo.az xəbər verir ki, prezident qəzada həyatını itirənlərə görə dərin kədərini ifadə edib:

“Əhmədabadda baş verən təyyarə qəzasında insanların həyatını itirməsi son dərəcə dəhşətlidir. Ürəyim qəza qurbanlarının ailələrinin yanındadır”.

Murmu paylaşımında Hindistanın sabiq Qucarat ştatının baş naziri Viyay Rupaninin də qəza nəticəsində həyatını itirdiyini vurğulayıb:

“Ölkəmiz həmçinin Qucaratın sabiq baş naziri Vicay Rupani Cini itirdi. Rupani Ci həmişə xalqın rifahına sadiq idi. Ailəsinə və onu sevənlərə dərin hüznlə başsağlığı verirəm”.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью