Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Erməni lobbisinin kilsəyə bağlı kəsimi hər vəchlə çalışır ki, Ermənistanla Türkiyənin arasını vursun və onlar arasında münasibətlər heç zaman normal məcraya daxil olmasın".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ankara və Bakı ilə münasibətlərini normallaşmaya getdiyi bir zamanda İrəvanın Hindistan tərəfindən qondarma "erməni soyqırımı"nı tanımasına gedib-getməyəcəyini şərh edərkən deyib.
"Hər kəsə bəllidir ki, Paşinyanın bu istiqamətdəki addımları Türkiyə və Azərbaycanla aralarını düzəltmək məqsədi daşıyır", deyə Azər Qasımov əlavə edib.
Ekspert qeyd edib ki, indiki durumda Hindistanın qondarma soyqırımı tanıması Ermənistan hakimiyyətinə lazım deyil: "Amma erməni lobbisinin imkanlarına təsir etmək gücü Paşinyanın əlində deyil.
Paşinyan bu imkandan məhrumdur. Erməni lobbisi isə öz mənafeyi naminə erməni toplumunun gələcəyini şübhə və təhlükə altına alır".
Azər Qasımov bildirib ki, Türkiyə ilə yaxınlaşmaq, əlaqələri bərpa etməyin onları söz sahibi olmaqdan məhrum edəcəyini erməni lobbisi və kilsə yaxşı başa düşür: "Bu, əslində, tarixi hadisədir.
Lobbi və kilsə tarixən erməni toplumunu idarə edib. İndi bu durumda onlar arxa plana keçəcəklər.