Hindistan restoranında azərbaycanlı qadını vəhşicəsinə döydülər

17.05.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Bakıda qadını iş yerində vəhşicəsinə döyüblər.

Bakupost.az xəbər verir ki, hadisə mayın 15-də Bakıda yerləşən Hindistan restoranlarından birində baş verib. Restoranda qabyuyan işləyən 1972-ci il təvəllüdlü Naibə Əhədova iş yoldaşı tərəfindən vəhşicəsinə döyülüb.

Qadına çoxsaylı zərbələr endirilib. Nəticədə Naibə Əhədovanın bud nahiyəsi sınıb. O, təcili xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Elnur

Bakupost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью