Hindistan Rusiya diplomatını XİN ə çağırdı

21.07.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Odessa limanında yük gəmisinə endirilən zərbə nəticəsində Hindistanın 4 vətəndaşının həlak olmasından sonra Hindistan Rusiyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə ”Hindistan Tayms” nəşri məlumat yayıb.

Hindistan Xarici İşlər Nazirliyi ticarət gəmilərinə hücumları pisləyib və mülki şəxslərin həyatını təhlükə altına atan bu cür hadisələrin dayandırılmasına çağırıb.

Qeyd edək ki, hindistanlı dənizçilərin ölümü barədə məlumat 20 iyulda verilib. Vurulan “Golden Leo” gəmisi Qvineya-Bisau bayrağı altında üzüb, heyəti Hindistan və Suriya vətəndaşlarından ibarət olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью