Hindistan Rusiya ilə bağlı zəmanət verib

16.10.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp, Hindistanın Baş naziri Narendra Modinin Rusiyadan neft almağı dayandıracağına dair ona zəmanət verdiyini və bunun Ukraynadakı müharibənin sona çatmasını asanlaşdıracağını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında, Rusiyadan neft idxalı səbəbilə münasibətlərin gərginləşdiyi Hindistanla bağlı fikirlərini bölüşüb.

Rusiyaya qarşı Ukrayna müharibəsinin davam etməsindən narazılığını ifadə edən Tramp deyib: “Hindistanın Rusiyadan neft alması məni narahat edirdi. Modi bu gün mənə Rusiyadan neft almayacaqları barədə zəmanət verdi”.

Tramp qeyd edib ki, idxal bir anda dayandırıla bilməz, proses yavaş irəliləyəcək, lakin yaxın zamanda tamamlanacaq.

Hindistanın neft almasını dayandırması ilə Rusiyaya qarşı vasitəçilik səylərinin asanlaşacağını vurğulayan Tramp əlavə edib: “İndi Çin də eyni şeyi etməlidir”.

Xatırladaq ki, Trampın avqust ayında Hindistanın “Rus nefti aldığı” səbəbilə mövcud 25%-lik qarşılıqlı tarifə əlavə olaraq 25% gömrük vergisi tətbiq etməsi iki ölkə arasında tarif gərginliyini artırmışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью