Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistan müdafiə sahəsində Rusiya ilə əməkdaşlığı gücləndirməkdə qətiyyətlidir.
Teleqraf.com xəbər verir ki, bu barədə Hindistan müdafiə naziri Rajnat Sinq Rusiya-Hindistan hökumətlərarası iclasında bildirib.
“Hindistan Rusiya ilə müdafiə sahəsində tərəfdaşlığın gücləndirilməsində qətiyyətlidir. Əminəm ki, bugünkü görüş hər birimizə hərbi-texniki əməkdaşlıq məsələlərinə dair mövqelərimizi daha yaxşı anlamağa kömək etdi”, - deyə nazir vurğulayıb.