Hindistan Rusiya neftini almağı dayandırmaq məsələsində ABŞ la razılığa gəlib

02.02.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Hindistan ABŞ-la Rusiyadan neft almağı dayandırmaqla bağlı razılığa gəlib.

APA xəbər verir ki, bu barədə Donald Tramp öz “Truth” hesabında məlumat verib.

“Bu səhər Hindistanın Baş naziri Modi ilə danışmaq mənim üçün şərəf idi. O, mənim ən yaxşı dostlarımdan biridir və ölkəsinin güclü və hörmətli lideridir. Biz ticarət, Rusiya və Ukrayna ilə müharibəyə son qoymaq da daxil olmaqla bir çox məsələni müzakirə etdik. O, Rusiya neftini almağı dayandırmağa və ABŞ-dan və ehtimal ki, Venesueladan daha çox neft almağa razılaşdı”, - Tramp yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью