Hindistan Rusiyanı bu ölkələrə dəyişdi

11.11.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Hindistanın iki dövlət neft emalı zavodu "Hindustan Petroleum Corporation Ltd" və "Mangalore Refinery and Petrochemicals Ltd" ABŞ və Yaxın Şərqdən 5 milyon barel xam neft alıb.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, "Hindustan Petroleum Corporation Ltd" yanvar ayında tədarük üçün həm ABŞ-dan "West Texas Intermediate", həm də Əbu Dabidən "Murban" xam neftindən 2 milyon barel alıb:

"Mangalore Refinery and Petrochemicals Ltd" isə yanvarın 1-dən 7-dək tədarük üçün İraqdan 1 milyon barel "Basra Medium" xam neft alıb. Neft emalı zavodları Rusiya tədarüklərinə alternativ axtarır. Hər iki şirkət sanksiya riskləri səbəbindən Rusiya neftinin alışını dayandırıb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью