Hindistan Rusiyanı bu ölkəyə dəyişdi Nə baş verir?

31.01.2026

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Hindistana Rusiya “qara qızılı”nın idxalını əvəzləmək məqsədilə Venesuela neftinin yenidən alınması imkanları barədə məlumat verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ-ın Rusiya xammalına tətbiq etdiyi rüsumları artırmasından sonra Hindistan Rusiya neftinin alışını əhəmiyyətli dərəcədə azaltmağa razılaşıb. Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp 2025-ci ilin martında Venesuela neftini alan ölkələrdən idxal olunan mallara 25 faizlik tariflər tətbiq edib.

Nikolas Maduronun devrilməsindən sonra Vaşinqton Karakas hökumətinin fəaliyyətinə nəzarəti ələ alıb və ölkənin neft sektorunu qeyri-müəyyən müddətə idarə etməyi planlaşdırır.

Nəşr yazır ki, ABŞ-ın Venesuela neftini Hindistana tədarük etmək cəhdləri Rusiyanın gəlirlərini azaltmaq və bu vəsaitlərin Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsində istifadəsinin qarşısını almaq niyyəti ilə bağlıdır.

“Reuters”in iki mənbəsi bildirir ki, Hindistan yaxın vaxtlarda Rusiya neftinin idxalını gündəlik 1 milyon bareldən aşağı endirməyi planlaşdırır. Yanvarda idxal təxminən 1,2 milyon barel olub. Proqnozlara əsasən, fevralda bu həcm 1 milyon, martda isə 800 min barelə enəcək.
Digər mənbənin sözlərinə görə, yekunda idxalın gündəlik 500–600 min barelədək azalması mümkündür ki, bu da Hindistanın ABŞ-la ticarət sazişi imzalamasına şərait yarada bilər.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью