Hindistan S 400 səbəbindən F 35 ala bilməyə bilər

02.07.2025

Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Doğru.az xəbər verir ki, Hindistan Rusiyanın S-400 hava müdafiə sistemi aldığı üçün ABŞ-dan F-35 qırıcılarını almaqda çətinliklə üzləşə bilər.

“The National Interest” jurnalının yazdığına görə, Rusiya S-400 sistemi ABŞ qırıcıları ilə uyğun deyil və bu, problem yarada bilər.

Qeyd olunur ki, ABŞ əvvəllər Türkiyəyə F-35-ləri verməkdən S-400 sistemləri səbəbindən imtina etmişdi.

Fevralda isə ABŞ Prezidenti Donald Tramp Hindistana F-35 təyyarələri satmaq istədiyini açıqlamışdı.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью