Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Hindistanın Kerala ştatı sahillərində Sinqapur bayraq altında üzən "MV Wan Hai 503" konteyner gəmisində partlayış və yanğın baş verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 22 nəfərlik heyətin 18-i xilas edilib, 4 nəfər isə hələ də axtarılır.
Yanğın təhlükəli yüklər səbəbindən hələ də davam edir.
6 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.
Rəsmi qurumlar dənizə konteyner yayılması və yanacaq sızması riskinə görə xəbərdarlıq edib. Gəmi operatoru hadisə ilə bağlı araşdırma başladıb.