Hindistan səfərindən sonra qadının beynində 38 parazit aşkarlanıb

02.07.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Böyük Britaniyada yaşayan qadının beynində 38 parazit aşkar edilib. Həkimlər bunun səbəbinin onun illər əvvəl Hindistana səfəri zamanı yoluxduğu infeksiya olduğunu bildirirlər.

BAKU.WS xəbər verir ki, qadında səfərdən bir neçə il sonra baş ağrıları və epileptik tutmalar başlayıb. Aparılan müayinələr zamanı beynində çoxsaylı parazitlər müəyyən edilib.

Müalicədən sonra vəziyyəti stabilləşən qadın hazırda normal həyatına qayıtsa da, ömürlük epilepsiya əleyhinə dərman qəbul etməli olacaq. Həkimlər bu hadisənin son dərəcə nadir rast gəlinən tibbi fakt olduğunu qeyd ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью