Hindistan şirkətləri ilə videomüzakirə

13.11.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Hindistanın “Hinduja Group” şirkətlər qrupuna daxil olan “Gulf Oil International” şirkətinin sədri Sanjay Hinduja və “Ashok Leyland” şirkətinin sədri Dhiraj Hinduja ilə videokonfrans formatında görüşüb.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sənaye potensialı diqqətə çatdırılıb. Birgə layihələrin həyata keçirilməsi, texnologiya transferi və nəqliyyat vasitələrinin istehsalının lokallaşdırılması üçün tərəfdaşlıq perspektivləri vurğulanıb.

Tərəflər sənaye nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, nəqliyyat vasitələrinin yerli istehsalın təşviqi və investisiya üzrə işbirliyini müzakirə ediblər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью