Hindistan telefon tədarükündə Çini ötdü

27.05.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Hindistandan ABŞ-a "iPhone" tədarükləri aprel ayında illik müqayisədə 76% artaraq 3 milyon ədədə çatıb.

Yenisabah.az CNBC Canalys-ə istinadla xəbər verir ki, Çindən tədarüklər eyni 76% azalaraq 900 min ədədə düşüb.

Hindistandan tədarükün artması ABŞ və Çin arasındakı ticarət münaqişəsinə cavab olaraq istehsalın diversifikasiyası üçün "Apple Inc" strategiyası ilə əlaqələndirilir. Hindistan idxalına əsas rüsum 10%, Çin mallarına isə 30% rüsum qoyulur. Eyni zamanda, "Apple" hələ də Çində smartfonların əksəriyyətini istehsal edir.

Hindistan mart ayında "iPhone2 tədarükündə də Çini ötüb. Eyni zamanda, ölkənin istehsal gücü ABŞ-da tələbatı tam ödəyə bilməyəcəyi üçün Hindistandan tədarükün artım tempinin ilin sonuna qədər səngiyəcəyi proqnozlaşdırılır.

ABŞ-da "Apple" smartfonlarına rüblük tələbat təxminən 20 milyon ədəd qiymətləndirilir və Hindistan bu rəqəmlərə yalnız 2026-cı ilə qədər çata bilər, ekspertlər gözləyirlər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью