Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Hindistan və Avropa İttifaqı (Aİ) arasında azad ticarət sazişi üzrə danışıqlar başa çatıb.
Moderator.az xəbər verir ki, bu barədə Hindistanın ticarət və sənaye nazirinin müavini Raceş Aqraval jurnalistlərə bildirib.
Onun sözlərinə görə, saziş barədə yanvarın 27-də Hindistan-Aİ sammiti zamanı elan ediləcək.
"Saziş balanslı, perspektivli olacaq və Aİ ilə daha səmərəli iqtisadi inteqrasiyaya töhfə verəcək. Həmçinin hər iki tərəf arasında ticarət və investisiyaların inkişafını stimullaşdıracaq", - deyə Aqraval qeyd edib.
Nazir müavininin məlumatına görə, sazişin rəsmi imzalanması mətnin hüquqi yoxlanışından sonra baş tutacaq ki, bu da 5-6 ay çəkə bilər. Gözləntilərə görə, saziş 2027-ci ildə qüvvəyə minəcək.